Bağayarpağı

Bağayarpağı çoxillik ot bitkisidir.Təbiətdə onun 200 növü yayılıb. Bağayarpağına planetin hər bölgəsində rast gəlmək mümkündür. Onun boyu 0,5 metrə qədər hündürə qalxa bilir. Bağayarpağının çiçəkləri kiçik olur. Onun yarpaqları torpağa yaxın hissədə qalır, yarpaqların orta hissəsindən uzun saplaq çıxaraq hündürə qalxır. Saplaqların baş hissəsində isə bağayarpağının xırda çiçəkləri və çiçəklərdən əmələ gələn toxumları olur. Bağayarpağı ləklərinin ləçəkləri olmur, toxumları isə əsasən külək vasitəsilə çoxalır.

1000 bağayarpağı toxumunun çəkisi 40 qram olur. Bağayarpağı yanlız toxumlarla çoxalır. Onun yarpaqları şaxtada donsa da, kökü məhv olmur və toxumları yan-yörəsinə səpələnərək çoxalır. Bağayarpağının yarpaqları yay aylarında yığılır.
Davamı →

7 təbii ağrıkəsici

1. Zəncəfil kökü
3 sm kəsilmiş zəncəfil kökünü qaynar suya salıb 10 dəqiqə gözlədikdən sonra bir az bal əlavə edib içdikdə orqanizmdə olan ağrılar azalır. Xroniki ağrılardan əziyyət çəkənlər yedikləri qidalara zəncəfil töksələr ağrıları azalar.

Araşdırmalara görə gün ərzinddə 2 dəfə zəncəfil dəmləməsi içmək revmatim xəstəliyi zamanı diz və ayaqlarda olan ağrıları aradan qaldırır. Zəncəfil dəmləməsi soyuqlama zamanı bədəndə olan ağrıları azaldır, aybaşı ağrılarını yüngülləşdirir.
Davamı →

Pərpətöyün

  • Flora
Pərpətöyünün tarixi 4000 il bundan əvvələ gedib çıxır. Avropaya XIX əsrdə gətirilən pərpətöyünün vətəni Hindistan, Argentina və Braziliya hesab edilir.

Yabanı pərpətöyün Azərbaycanın ən çox Samur-Dəvəçi ovalıqlarında, Naxçıvanın düzən və orta dağlıq sahələri rayonlarında, Lənkəran düzənliyində, bağ və bağçalarda alaq bitkisi kimi yayılıb. Respublikamızın bir çox bölgələrində ona pərpərəng də deyilir. Qida dəyəri yüksək olan pərpətöyünün bir çox xəstəliyə qarşı qoruyucu təsiri var.

C və A vitamini, omega-3 ilə zəngin olan bu şəfalı bitkinin xəstəliklərdən qoruma xüsusiyyətləri də mövcuddur. Doymamış yağ turşularından, xüsusilə Omega-3 yağ turşuları və digər turşularla zəngin olan pərpətöyün ürək damar sağlamlığını qoruyur.
Davamı →

Patisson

  • Flora
Patisson xiyar, qabaq və balqabağın yaxın «qohumu»dur. Patisson bir çox vacib vitamin və minerallar, qidalı liflər, pektinlər, mono- və disaxaridlər və s. faydalı maddlərlə zəngindir. Təəssüf ki, bu faydalı və asan mənimsənilən tərəvəz bizdə çox da populyar deyil.

— Kalium və maqneziumla zəngin olan patisson ürək əzələsini möhkəmləndirir, ürəyə düşən gərginliyi azaldır, ürək döyünməsini tənzimləməyə kömək edir.

— Patisson yüksək arterial təzyiqi tənzimləməyə kömək edir.

— Qəbzilik zamanı qidalı liflər və pektinlə zəngin olan patisson bağırsaqların dah asan boşalmasına kömək edir.
Davamı →

Yovşan

  • Flora
Yovşan çöl bitkisi olub mürəkkəbçiçəklər fəsiləsinə aiddir. Xalq arasında o acı yovşan adı ilə də tanınır. Yovşanın adı yunan Allahı Artemidanın(ovçuların Allahı) adı ilə bağlıdır. Yovşanı toplayan zaman diqqətli olmaq lazımdır. Ona toxunan əllərlə gözlərə, dodaqlara, üzün dərisinə toxunmaq olmaz. Yovşan topladıqdan sonra əlləri təmiz yumamış duş qəbul eləmək də məsləhət görülmür.

Mütəxəssislər yovşan toplayan zaman əlcəkdən və eynəkdən istifadə etməyi məsləhət bilir. İşin qurtardığı zaman isə mütləq paltarları dəyişmək lazımdır. Ən çox acı yovşanın tozcuqları tənəffüs orqanların daxil olduqda boğazda və burun nahiyəsində qıcıqlanmalar, quruluq, ağızda acı dad hissi əmələ gəlir. Əlamətlərin çox olduğu zamanlarda isə mütləq həkimə müraciət etmək lazımdır.
Davamı →

Damotu

Damotu bitkisi çoxillik bitki olub, aslanquyruğu, ürək otu, tüklü damotu kimi də adlandırılır. Onun boyu 2 metrə qədər qalxa bilir, yarpaqlarının kənarları kəsik-kəsik, barmaqlara oxşayır və tünd yaşıl rəngdə olur. O mil kökə sahibdir. Damotutun ən iri yarpağı budağının aşağı hissəsində olur, yuxarı hissəyə keçdikcə isə yarpaqlar kiçilməyə başlayır. Ən iri yarpağın uzunluğu isə 15 sm olur.

Damotunun çiçəkləri xırda halqalar boyda olaraq budaqların üstündə, yarpaqların saplağının dibində açır. Onun çiçəkləri çəhrayı-bənövşəyi, uzunluğu 11 mm olur. Damotunun toxumları qapalı kasacıqda 4 ədəd və hər birinin uzunluğu 3 mm olur. Damotu ən çox Avropanın cənub hissəsində 3 mm olur. O yabanı halda yol kənarlarında, boş sahələrdə, bostanlarda, meşə ərazilərində bitir.
Davamı →

Xardal bitkisi

Xardal boyu 40-50 santimetrə qədər qalxa bilən birillik xardal bitkisinin kökündən hazırlanan ədviyyatdır. Bu bitkinin düz və çıplaq budaqları olur. Belə ki, xardalın budaqları uzandıqca onun üstündəki yarpaqların sayı azalır. Xardalın çiçəkləri sarı rəngdə olur və çiçəklər töküldükdən sonra onların yerində toxumlar formalaşır. Xardal bitkisinin ağ, qəhvəyi və qara növləri var.

Xardalın növləri bitdiyi yerlərin iqliminə uyğun olaraq rənglərini dəyişir. Xardala Himalay dağlarında, Şərq ölkələrində, Avropa ölkələrində rast gəlinir. Əsasən xardalın toxumlarından istifadə edilir. Xardal toxumlarından 5000 il əvvəllər də istifadə edilməsinə dair yazılara rast gəlinib. Onu texniki işlməmədən keçirdikdən sonra xardal yaxması hazırlayırlar. Bütün marketlərdə xardal yaxması satılır.
Davamı →

Pambıq yağı

  • Flora
Pambıq yağı bir çox ölkələrin qida rasionunda günəbaxan yağı qədər məşhurdur. Pambıq yağından ən çox Birləşmiş Ştatlarda və Orta Asiya ölkələrində istifadə edilir. Pambıq yağından qida, kosmetik və kimya sənayesində geniş istifadə edilir. Pambıq yağı pambıq toxumlarından əldə edilir. Pambıq yağını rafinə etdikdə o öz qoxusunu itirir və şəffaf rəngdə olur. Bu səbəbdən də qida sənayesində rafinəedilmiş pambıq yağından istifadə olunur.

Bu səbəbdən də mütəxəssislər rafinəedilmiş pambıq yağını almağı məsləhət görür. Qida sənayesində pambıq yağından tortların, piroqların, vaflilərin hazırlanmasında istifadə edilir. Ondan demək olar ki, bütün asiya mətbəxlərində istifadə edilir. Pambıq yağında bütün növ konditer məhsullarının hazırlanmasında istifadə olunur. Ondan tərəvəzlərin qızardılması zamanı da istifadə edilir. Pambıq yağı ilə tərəvəzlər marinadlaşdırılır, müxtəlif salatlar hazırlanır.
Davamı →

Zirinc

  • Flora
Zirinc kol bitkisinin meyvəsi olub zirinckimilər fəsiləsinə aidddir. Zirincin kolu daima öz yarpaqlarını tökür və yenisi ilə əvəz edir. Yarpaqlarının uc hissəsi isə sərt və tünd yaşıl rəngdə olur.

Zirinc Antaraktida və Avstraliyadan başqa demək olar ki, dünyanın digər bütün yerlərində bitir. Ən çox isə zirinc ağacı şimal yarımkürəsində geniş yayılıb. Onu həyətyanı sahələrdə də yetişdirirlər. Qafqazda, Avropada, Krınmda, Şərqi Sibirdə, İranda Amerikada isə zirinc ağacı yabanı halda bitir və geniş yayılmışdır.
Davamı →

Ballınanə

Xalq arasında bu bitki bədrənc və limonotu kimi də tanınır. Bitkinin sürünən kökü var və boyu 120 sm-ə kimi qalxa bilir. Onun gövdəsi zoğdan, zoğun daxili isə dördqatdan ibarətdir. Ballınanə hündürlüyə qalxdırca kənarlarından budaqlar, yarpaqlar çıxır. Ballınanənin çiçəkləri dairəvi halda yerləşir və bir dairədə 12 ədəd olmaqla bitir. Ballınanə açıq mavi və ya solğun mavi rənglərdə çiçək açır.

Onun toxumu 4 kiçik qozadan ibarətdir. Toxumları sərt, yumurtayabənzər, parlaq və qara rəngdə olur. Ballınanə iyun-avqust aylarında çiçək açır, sentyabır ayında isə toxumlayır. Ballınanə çoxillik bitkidir. Ondan qədim dövrlərdə yazılan əlyazmalarda da bəhs edilib. Bu bitkinin vətəni Avropa hesab edilir. Amerikaya ballınanə Avropadan gətirilib.
Davamı →